Azərbaycanın ən dilbər guşələrindən biri olan Qubadlı tarixi mədəniyyət və memarlıq abidələri ilə də zəngindir. Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Buisə xalqımızın nə qədər tarixi keçmişə malik olduğunu göstərir. Tarixi memarlıq abidələrindən Laləzar körpüsü xüsusi yer tutur. Qədim körpü Qubadlı rayonunun Bərgüşad çayı üzərində 1867-ci ildə salınıb. Bundan əlavə Başarıt kəndi yaxınlığında Alban məbədi, Boynəkər, Dəmirçilər və Gürcülü kəndində türbələr Dondarlı məscidi, qəbirüstü qoç heykəllər,Məmərkənd məscidi və s. memarlıq abidələri ilə də zəngindir. Bu ərazidən keçən Bərgüşad və Həkəri çayları Qubadlıya xüsusi zövq verir.Qubadlı eyni zamanda igidlər diyarıdır. Qaçaq Nəbi və Həcər xanımın vətənidir. Qubadlı şəhəri 1933 - cü ildə təsis edilib. Tarixi mənbələrə görə 488-531 - ci illərdə yaşamış Sasanişahı I Qubadın adına sikkələrin tapılması Qubadlı şəhərinin məhz onun adı ilə bağlı olduğunu göstərir. Lakin həmin vaxtdan əvvəldə burada insanların yaşaması söylənilir.Təəssüflər olsun ki, Xalq Cəbhəsi və Müsavat hakimiyyəti dövründə təcrübəsiz idarəetmə səriştəsi olmayan adamların hakimiyyətə gəlməsi Azərbaycan xalqına baha başa gəldi.Döyüş qabiliyyətinə malik olmayan lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünü müdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Bunun da nəticəsində İgidlər diyarı olan Qubadlı şəhəri1993-cü il avqustun 31 də erməni silahlı qüvvələri tərəfindən işğal edildi. 1 şəhər və 33 kənd olmaqla 30 mindən artıq vətəndaşımız məcburi köçkün həyatı yaşadı. Erməni işğalçıları şəhəri tamamilə yandıraraq bütün tarixi və mədəniyyət abidələrini məhv etdilər.Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının hər çıxışında bir qarış torpağımızı da Ermənistana heç vaxt güzəştə getməyəcəyini söyləməsi məcburi köçkün həyatı yaşayan insanların öz doğma yurdlarına qayıdacağı günün uzaqda olmadığını göstərirdi.2020 - ci il 27 sentyabr tarixindən başlanan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən “Dəmir Yumruq “əməliyyatı Ordumuzunun tam qələbəsi ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat nəticəsində oktyabr ayının 25-də Qubadlı şəhərini işğaldan azad etdi. Üçrəngli bayrağımız Qubadlı şəhərində dalğalandı. Qubadlı şəhərinin işğaldan azad edilməsiOrdumuza böyük strateji üstünlük təmin edirdi. Yenilməz Azərbaycan Ordusu Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Laçın şəhərini və noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi.Beləliklə, düşmən təslim olmağa məcbur oldu. İşğaldan azad edilmiş digər şəhər və rayonlarımız kimi Qubadlı şəhərində də genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır.Tezliklə Qubadlı əhalisi də öz doğma yurdlarına qayıdacaq.Akif Rüstəmov,Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin tarix müəllimi